Türkiyənin Çanaqqala vilayətində daha bir zəlzələ baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 11:55-də episentri vilayətin Yuxarıköy kəndində olan 5 bal gücündə zəlzələ qeydə alınıb.
Qeyd edək ki, fevralın 6-sı və 7-də də Çanaqqalada zəlzələ baş vermişdi. Nəticədə bəzi evlərdə dağıntılar olmuşdu.