Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə konstitusiyasına əlavə və dəyişikliklə bağlı qanun layihəsini imzalayıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə refendumun aprelin 16-da keçiriləcək.
Qeyd edək ki, Türkiyə qanunlarına əsasən, prezident Rəcəb Tayyib Ərdoğan qanun layihəsini imzalayandan 60 gün sonra səsvermə keçirilməlidir. Sənəd imzalanmaq üçün fevralın 2-də prezidentə təqdim edilib.
Ötən gün isə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun bu il aprelin 16-da keçiriləcəyi ehtimalını irəli sürmüşdü.