Moskva polisi Domodedovo hava limanında Moskva-Berlin reysi ilə uçan təyyarəni partladacağı ilə hədələyən şəxsi saxlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, uçuşa hazırlaşan təyyarədə 66 yaşlı Rusiya vətəndaşının təyyarə heyəti ilə mübahisəsi yaranıb. Polisin sözlərinə, mübahisə zəmnində həmin şəxs "Mənə qumbara verin, hamını partladacağam" deyib.

Həmin şəxsin içkili olduğu bildirilib.