Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında həyata keçirdiyi "Fərat qalxanı əməliyyatı çərçivəsində son bir həftədə 228 terrorçu zərərsizləşdirib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurudan və havadan təşkil olunan əməliyyatlarda son bir həftədə İŞİD-in 223, PKK və PYD-nin isə 5 terrorçusu məhv edilib.
Qeyd edək ki, Türkiyə ordusu ötən il avqustun 24-dən başlayaraq Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı adlı hərbi əməliyyat keçirir.