Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Əl Bab yaxınlığında yerləşən strateji əhəmiyyətli Tadif qovşağını ələ keçirib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, ASO-nun Həmzə Batalyonu həmin qovşağı və M4 magistralına da nəzarəti təmin edib.
Qeyd edək ki, Əsəd rejimi hazırda cənubdan Əl Baba ağır artilleriya ilə zərbələr endirir.