Perunun keçmiş prezidenti Alejandro Toledonun həbsinə qərar verilib.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, eks-prezidentin yerini deyən şəxsə 30 min dollar mükafat veriləcək.
Qeyd edilib ki, 20 milyon dollarlıq rüşvət ittihamı ilə keçmiş prezidentin həbsinə order verib. Toledo hökumət kontraktlarının verilməsi müqabilində Braziliyanın Odebrecht tikinti firmasından rüşvət almaqda ittiham olunur. O, bu itihamlarla özünü təqsirli bilmir.
Peru rəsmiləri inanırlar ki, o, hazırda ABŞ-ın San Francisco şəhərindədir və İsrailə səfər etməyə hazırlaşır.
2001-2006-cı illərdə prezident olmuş Toledo San Francisco yaxınlığındakı Stanford Universitetində mühazirə oxuyur və onun arvadı Eliane Karpın İsrail vətəndaşlığı var. O, ABŞ və İsrail hökumətlərinə artıq rəsmi müraciət edilib.
Odebrecht firmasına gəlincə isə, onunla bağlı çox böyük rüşvət qalmaqalı ABŞ Ədliyyə Nazirliyi tərəfindən araşdırılır. Firma nazirliklə cəzanın yüngülləşdirilməsi müqabilində Latın Amerikası boyunca 800 milyon dollar rüşvət verdiyini etiraf edib. Firma həmçinin Peruda 2005 və 2014-cü illərdə kontraktlar almaq məqsədilə 29 milyon dollar rüşvət verdiyini bildirib.