Rusiyadan Azərbaycana deportasiya edilən vətəndaşlarımızın görüntüləri yayılıb.
Unikal.org xəbər verir ki, videoda deportasiyasını gözləyən azərbaycanlıların 4-gündür çətin vəziyyətdə olduğu görünür.
Dərbənddə yerləşən Dağıstan üzrə Federal Miqrasiya Xidmətinin İdarəsində 4 gündür saxlanıldığı deyilən azərbaycanlılar ac və susuz olduqlarını deyiblər. İdman zalında məcburi saxlanıldıqlarını deyən azərbaycanlılar, yatmaq üçün heç bir lazımi ləvazimatın olmadığını bildiriblər.
Bizimyol həmin görüntüləri təqdim edir: