Yaponiya hökuməti hər iki ölkənin iddia etdiyi Kuril adalarının 5-nə adların verilməsi ilə bağlı Rusiyaya rəsmən etiraz bildirib.
Unikal.org xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib."Bu, Yaponiyanın mövqeyinə zidd və qəbuledilməzdir. Biz diplomatik kanallar vasitəsilə Rusiyaya etiraz notası təqdim etmişik", - deyə Suqa vurğulayıb.
Qeyd edək ki, Rusiyanın baş naziri Dmitri Medvedev Kuril adalarına adların verilməsi barədə sərəncam imzalayıb.
Adalar üzərində nəzarət İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqına keçib.