Ordu aeroporta doğru irəliləyir.

Mosulun qərbində əməliyyatlara başlayan İraq ordusu, artıq İŞİD-in nəzarətində olan iki kəndi azad edib. Şəhərin qərbi teror təşkilatının nəzarəti altındadır və artıq 3 aydır ki, İraq ordusu onları mühasirədə saxlayır. Mosul İŞİDdən azad edilir.

Unikal.org-un "FransPress"ə istinadən verdiyi xəbərə görə, İraq baş naziri Heydər əl-Abadi bildirib ki, artıq ordu Mosul aeroportuna doğru irəliləyib və ərazidəki iki kənd azad edilib.  Əl-Abadinin sözlərinə görə, əməliyyatda əsas məqsəd yerli sakinləri terrorçulardan xilas etməkdir.


43178684133d3f89d34750b2cd5822010525b82a