Bakıda 53 yaşlı qadının mobil telefonuvə pul kisəsi əlindən alınıb.
Unikal.org İstiPress-ə istinadən xbər verir ki, Qaradağ Polis İdarəsinə istinadən xəbər verir ki, Göyçay sakini, 1964-cü il təvəllüdlü Vəzirova Qumru Vaqif qızına qarşı quldurluq edən şəxs Qızıldaş qəsəbəsindəki kafelərdən birində ona hücum edərək döyüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 38-ci Polis Bölməsinin əməkdaşlarıquldurluq cinayətini törətməkdə şübhəli bilinən Qax sakini, 1989-cü il təvəllüdlü Rəvan Yusifovu saxlayıb. 28 yaşlı Rəvan əməlini etiraf edib və onun üzərinə baxış zamanı quldurluq yolu ilə əldə etdiyi telefon və pul kisəsi aşkar edilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, istintaq gedir.