Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası günün ikinci yarısında davam etdirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, prosesdən sonra açıqlama verən vəkil İlham Əsədov deyib ki, vəsatətlərlə bağlı qərar elan edilib. Heç bir vəsatət təmin edilməyib.
Məhkəmənin baxış iclası fevralın 28-nə təyin edilib.
Təqsirləndirilən şəxslərdən Natavən Mirvətova jurnalistlərə açıqlama verməkdən imtina edib. Bildirib ki, ittiham barəsində danışmaq istəmir:"Xahiş edirəm, haqsız şeylər yazmayın. Mən sizə hörmət edirəm. Bu haqda danışmaq istəmirəm".