Ağdamda məsciddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, rayonun Xındırıstan kənd məscidində qeydə alınan oğurluq faktı ilə bağlı aparılan araşdırmalar nəticəsində rayon sakini İsgəndərov Vüqar Afər oğlunun saxlandığı bildirilir.
Məlumata görə, V. İsgəndərov məsciddən oğurluq etdiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Xındırıstan kəndində yerləşən məsciddən pəncərədən daxil olmaqla 10 ədəd xalça, 1 ədəd tozsoran, 3 ədəd ventilyator və 1 ədəd su təmizləyici qurğu oğurlandığı açıqlanıb.