Cərimədən paytaxt sakinləri xəbərsiz olub
Türkmənistanın paytaxtı Aşqabad şəhərində ictimai yerlərdə siqaret çəkənlər üçün nəzərdə tutulmuş cərimənin məbləği 5 dəfə artırılaraq 300 manata çatdırılıb. Bu, rəsmi məzənnə ilə 86 dollar, "qara bazar məzənnəsi ilə 43 dollara bərabərdir. Əvvəllər cərimənin məbləği 60-75 manat arasında dəyişirdi.
Unikal.org istinadən xəbər verir ki, bəzi paytaxt sakinləri cərimənin məbləğinin artırılması barədə xəbəri həmin cərimə özlərinə tətbiq edilərkən alıblar. Belə ki, əvvəlcədən heç bir kütləvi informasiya vasitəsi bu barədə məlumat verməyib. Bundan başqa, siqaret aludəçiləri şikayətlənirlər ki, Aşqabadda siqaret çəkmək üçün ayrılmış yerlər çox azdır və şəhərin bütün hissələrində yoxdur. Eyni zamanda, qanunda "ictimai yer anlayışı aydın əks olunmayıb və hər bir polis əməkdaşı bunu öz bildiyi kimi qələmə verir.
Xatırladaq ki, qadağa fevralın 20 -dən etibarən qüvvədədir.