Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev İntiqam Məmməd oğlu sağ qolunun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncədə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir.
İ. Əliyevin dava zamanı qohumu tərəfindən bıçaqlandığı məlum olub.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.