Axşam saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org report-a istinadən bildirir ki, Yenikənddə qeydə alınan hadisə zamanı 22 yaşlı kənd sakini Bayram Hümmət oğlu Şikarov münaqişə zəminində iki bıçaq zərbəsi alıb.
Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq Cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.
Hazırda Bayram Şikarovu vuran şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.