"Star TVdə yayımlanan "Zuhal Topalla evlilik verilişinə qatılan gəlin namizəd Naz Mila və onun üçün Bakıdan gələn bəy namizad Əli Əkbərdən xəbər var.
Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə gün əvvəl Naz Əlidən ayrılmasına peşman olduğunu deyərək, ondan daha bir şans istəyib. Lakin Əli Nazın ona qarşı ciddi olmadığını bildirərək, ona şans verməkdən imtina edib. Gənc oğlan hətta Naza görə Türkiyədən Bakıya geri dönüb.
O, bu barədə verilişin komandasına da məlumat verməyib. Ötən həftənin cümə günü Bakıya qayıdan Əlinin sosial şəbəkələrdə evlilik fotoları yayılıb.
Canlı yayıma tək çıxan Naz şəkilləri gördükdən sonra pis olub. O, ağlayaraq, Əlidən bu hərəkəti gözləmədiyini söyləyib.
Daha sonra studiyaya telefon bağlantısı ilə qoşulan Əkbər yayılan şəkillərin bir şirkət üçün çəkiliş zamanı lentə alındığını, əslində isə evlənmədiyini vurğulayıb. O, Bakıya dönərək bir müddət ailəsinin yanında qalmaq və Nazla aralarında baş verənləri unutmaq istədiyini qeyd edib.