Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Pərviz Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, P.Şahbazov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Sumqayıt şəhərində qeydə alınıb. Şəhərin "Saray bağları ərazisində yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.