Dünyanın bir çox ölkəsində işsizlik problemi var. Danimarkada isə vəziyyət fərqlidir.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, "New York Times qəzetinin hazırladığı xəbərdə deyilir ki, Danimarka hazırda məşğulluq üzrə qızıl dövrünü yaşayır. Yəni bu ölkədə işləmək bacarığı və istəyi olan hər kəsin bir işi var.
Ancaq ölkədəki şirkətlərin üçdə biri səriştəli işçi tapa bilmir. Belə ki, informasiya texnologiyaları və kompüter mütəxəssisləri, mühəndislər, texniklər, elektrik mütəxəssisləri, dülgər peşələri üzrə işçi tapmaq olmur.
"Sjorring Maskin" fabrikin prezidenti Peter Edevoldsen deyib ki, daha çox səriştəli işçiyə ehtiyacları var, amma tapa bilmirlər: "Əgər işçi tapa bilməsək, bu, şirkətimizi böyütməyə təsir edəcək.
Danimarka hökuməti isə bu problemi həll etmək üçün yaşlı işçilərin təqaüdə çıxsalar belə, işləmələrinə icazə verib. Həmçinin, Avropa İttifaqı ölkələrindən daha çox işçi cəlb etməyə çalışır. Hökumət eyni zamanda tələbələri də işləməyə təşviq etmənin yollarını axtarır.