Cəbhədə təxribat törətməyə cəhd edən Ermənistan ordusunun öldürülən hərbçisi mayordur.

Unikal.org apa.tv-ə istinadən xəbər verir ki, erməni mətbuatı bunu gizlətsə də sosial şəbəkələrdə paylaşılan fotolardan bu aydın görünür.

Xatırladaq ki, martın 1-dən 2-nə keçən gecə düşmən tərəf təmas xəttində təxribat törətməyə cəhd edib. Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində qarşı tərəf itki verib. Ermənistan ordusunun zabiti - 1980-ci təvəllüdlü Nver Babacanyan öldürülüb.