İrlandiyada təqaüdçü Con Edvard intiharlara və depressiyaya diqqət çəkmək üçün maraqlı eksperiment keçirmək qərarına gəlib.
Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, 61 yaşlı C.Edvard diri-diri tabutda torpağa basdırılıb və 3 gün orada qalacaq. Lakin Con Skype və Facebook vasitəsi ilə daima qohumları ilə əlaqə yarada biləcək.
Onun nəfəs alması üçün məzara xüsusi boru da qoyulub. Edvard basdırıldıqdan sonra xanımı onun başdaşını öpüb.