Çox istedadlı olan Zuli Sangino əllərinin olmamasına baxmayaraq möhtəşəm rəsm əsərləri çəkir.
Unikal.org xəbər verir ki, anadangəlmə tetra amelia sindromundan (əllərin və ayaqların olmaması) əziyyət çəkən Zuli 15 yaşında uğursuz intihar cəhdi edəndən sonra özünü incəsənətə bağlayıb.
18 yaşı olarkən o artıq rəsm kollecində təhsil almağa başlayıb və əllərinin köməyi olmadan da rəsm çəkməyi öyrənib.
Gənc qız öz həyat hekayəsi barədə mütəmadi olaraq radiolara və televiziyalara müsahibə verir və onun kimi olan insanların motivasiyadan düşməməsi üçün onları ruhlandırmağa çalışır.