Bu gün Tatarıstan paytaxtı Kazan şəhərində hava limanına gedən yolda "Lada Vesta markalı avtomobil partlayıb.

Unikal.org yerli mənbələrə istinadən xəbər verir ki, həmin hadisənin videogörüntüləri hadisə şahidləri tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Videoyazıdan göründüyü kimi, partlayışdan sonra avtomobil büsbütün yanmağa başlayıb. Hadisənin səbəbləri hələlik açıqlanmır.