2017-ci ilin fevral ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri yanvar ayına nisbətən 1,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,5 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən unikal.org-a bildirilib ki, ay ərzində balıq və balıqçılıq məhsullarının, həmçinin meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri üzrə dəyişiklik müşahidə olunmayıb.