Bakının məşhur ticarət mərkəzlərində Ermənistan istehsalı olan mallar satılır.

Unikal.org BakiPost.az-a istinadən xəbər verir ki, "Park Bulvar və "Gənclik Mallda fəaliyyət göstərən "OVS mağazalarında müştərilərə üzərindəki etiketdə "MADE İN ARMENİA yazılan paltarlar təqdim edilir.

Məsələnin ən ilginc tərəfi odur ki, düşmən ölkədən idxal olunan mallar dəbdə olan hərbi stildə tikilmiş uşaq paltarlarıdır. OVS məşhur İtalyan brendidir və öz məhsullarını dünyanın bir neçə ölkəsində hazırlatdırır. Ermənistanda məhz hərbi paltarların tikilməsi və onun Azərbaycanda satışa çıxarılması kifayət qədər maraqlı görünür.

Məsələ ilə bağlı OVS mağazalarının İlham adlı əməkdaşı deyib ki, Ermənistan istehsalı olan malların satılması mümkünsüzdür: "Bizim mağaza İtaliya brendidir. Bura 12 ölkədən mallar gətirilir. Məsələn, Çin, Banqladeş, Türkiyə və s ölkələr. Amma sizin dediyiniz Ermənistandan malların gətirilməsi qətiyyən düzgün deyil. Bu ola da bilməz. Yanlış məlumatdır. Çünki OVS dünyaca məşhur İtaliya brendidir.

Mağaza nümayəndəsinə malların üzərindəki "MADE İN ARMENİA etiketini əks etdirən şəkillərin olduğu bildirilsə də, o, yenə də belə bir şeyin mümkünsüz olduğunu deyib: "Konkret olaraq yalandır. Belə bir şey ola bilməz. Çünki bu tanınmış İtaliya brendidir.

OVS brendi artıq 43 ildir ki, qadın, kişi və uşaqlar üçün geyim və aksessuar istehsalı ilə məşğul olur. Brendin əsas xüsusiyyətləri keyfiyyət və münasib qiymətlərdir.

Ermənistan malları Bakının brend mağazalarında  -  Fotofakt

Ermənistan malları Bakının brend mağazalarında  -  Fotofakt