Dünya birjalarında neft bahalaşıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,50% artaraq 47,97 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar və ya 0,41% artaraq 50,93 dollar olub.
Nefti bahalaşdıran əsas amil dolların indeksinin zəifləməsidir. Belə ki, hazırda dolların altı əsas valyutadan ibarət səbətə nisbətən məzənnəsi 0,02% geriləyərək 99,01 səviyyəsinə çatıb.