"Miss millenium, keçmiş model Validə Abbasovanın qızı ilə yeni fotoları yayılıb.

Unikal.org xəbər verir ki, model qızı Kamilla ilə birlikdə İsveçrənin məşhur otellərindən birində çəkilən şəkillərini Instagram-da yerləşdirib. Validə Abbasova və qızı Kamillanın fotoları Instaqram-da xeyli marağa səbəb olub.

Qeyd edək ki, Validə Abbasovanın qızı Kamilla təhsili ilə əlaqədar olaraq uzun müddətdir İsveçrədə yaşayır.

Baku.ws