24-28 aprel tarixlərində Azərbaycanda meyvə və tərəvəzin yetişdirilməsi və emalı üzrə ixtisaslaşan şirkətlərin Almaniyanın Bavariya vilayətinə səfəri planlaşdırılır.
Unikal.org Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, səfərin məqsədi müvafiq yerli şirkətlərii Bavariyanın avadanlıq istehsalçıları ilə, o cümlədən meyvə və tərəvəz yetişdirilməsi və emalı üçün yeni texnologiyalarla tanış etməkdən ibarətdir.
İştirakla bağlı 160 avro məbləğində rüsum, viza rüsumu və beynəlxalq nəqliyyat xərcləri iştirakçılar tərəfindən, digər xərclər isə Bavariya vilayəti tərəfindən ödəniləcək.
Azərbaycanda meyvə və tərəvəzin yetişdirilməsi və emalı üzrə ixtisaslaşan şirkətlərdən maraqlananlar aşağıda göstərilən əlaqə vasitələrindən istifadə edərək ətraflı məlumat əldə edə bilərlər: