Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə işlər bu il avqustun sonu, sentyabrın əvvəlində yekunlaşa bilər.

Unikal.org xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə bildirib.

O deyib: "Bu il qış çox sərt keçib. Qarsda 47-54 dərəcə şaxta olub. Ona görə də işlər bir qədər gecikib. Dəmiryolu xəttinin Qars hissəsində 80 km yol var, onun da 27 km-nin üst yatağı düzülüb".

C.Qurbanovmayın əvvəlində Qarsa səfər edəcəyini, Türkiyənin nəqliyyat naziri və Türkiyə Dövlət Dəmir Yollarının rəhbəri ilə görüşəcəyini söyləyib: 

"Gələn ay Qarsda Türkiyəli nazir Əhməd Arslanla görüşəcəyəm. Bu il avqustun axırı, sentyabrın əvvəlinə kimi Qars yolunu aça bilərik. Bizə mane olacaq bir məsələ qalmayıb. Azərbaycan və Gürcüstan tərəfdə işlər demək olar ki, tam yekunlaşıb. Burada təxmini 10-15% iş qalıb. Türkiyə tərəfdə isə tikini işləri hələ qalıb. Amma Türkiyənin tikinti aparmaq gücünə bələd olduğumuz və Türkiyə baş nazirinin, eləcə də digər müvafiq nazirlərinin verdiyi bəyanatlara əsasən demək olar işləri tez qurtarmağa çalışacaqlar".