Türkiyənin baş naziri Binəli Yıldırım referendum mitinqlərinə qatılmayan Əhməd Davudoğlu və Abdullah Güllə bağlı danışıb.

Unikal.org bildirir ki, Yıldırım açıqlamsında "zaman-zaman hər birimizin yanlışı olur. Amma heç bir dostumuz bu yol yoldaşlığına bilərəkdən xəyanət etməyib"-deyə münasibət açıqlayıb.

AKP-dən incik oldğu deyilən Gülün və Davudoğlunun referendumu dəstəklədiyini vurğulayan baş nazir adıçəkilən insanlarla axirətə qədər yoldaş olduqlarını qeyd edib:

"Əhməd bəy (Davudoğlu) konstitusiya dəyişikiyi ilə bağlı müzakirələrdə bunu dəstəkləyib. Bu təbii bir haldır. Əhməd bəy partiyaya sonradan daxil olub, mən isə qurucularındanam. Bizim yol yoldaşlığımız müəyyən müddət üçün deyil. Bu yoldaşlıq axirətə qədər davam edəcək. Zaman-zaman hər birimizin səhvi olur. Amma heç kim bu yol yoldaşlığına bilərəkdən xəyanət etməyib, etməz də. AKP-nin fərqi də budur"