Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 54 qanunu təsdiqləyib.
Unikal.org bildirir ki, Türkiyə prezidentinin təsdiqlədiyi sənədlər arasında Azərbaycanla bağlı qanun layihəsi də yer alıb. 6958 saylı "Türkiyə Respublikası Elm Sənaye və Texnologiya nazirliyi ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlıq sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində razılaşmanın təsdiq olunması" ilə bağlı qanun da Ərdoğanın təsdiqlədiyi sənədlər siyahısındadır.