Azərbaycanın dünya bazarına satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,68 dollar, yaxud 1,27% artıb.

Unikal.org  xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,40 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.