Azərbaycanda fəaliyyət göstərən 32 bankın 28 fevral 2017-ci il tarixinə cəmi aktivləri 30,419.2 milyon manat, cəmi öhdəlikləri 27,772.7 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Unikal.org-a verilən məlumata görə, sektorun balans kapitalı 2,646.6 milyon manatdır. Əhalinin əmanətləri 7,084.3 milyon manat həcmindədir.
Bankların filiallarının sayı 563, şöbələrinin sayı 135, ATM-lərin sayı 2,462-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,662 nəfər təşkil edir.
2017-ci ilin 28 fevral tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.