Qusar rayonuna yeni prokuror təyin olunub.

Unikal.org bildirir ki, APA-nın şimal bürosunun məlumatına görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrinə əsasən baş prokurorun köməkçisi Mübariz Əhmədov Qusar rayon prokuroru təyin olunub.

Qeyd edək ki, bir neçə gün öncə Qusarın keçmiş prokuroru Zahid Vəliyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.