Bu gün Türkiyədə havaşarının güclü küləyin təsiri ilə öncə yüksək gərginlikli elektrik xəttinə, daha sonra isə yerə çırpılması nəticəsində ölən turistin şəxsiyyəti müəyyənləşdirilib.
Unikal.org-un "Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, Kapadokyada hava şarının yerə çırpılması nəticəsində ölən şəxsin Fransanın İstanbuldakı baş konsulunun müavini Vincent Cavmantat olduğu məlum olub.
Qeyd edək ki,havaşarının yerə çırpılması nəticəsində 20 nəfər yaralanıb. Yaralıların həyatı üçün təhlükə yoxdur.