Bu gün Rusiya prezidentiVladimir Putinvə İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya və İran prezidentləri ABŞ-ın Suriya aviabazasına raket zərbəsi endirməsini və Suriyanın İdlib şəhərində kimyəvi silah tətbiqi ilə bağlı olayı müzakirə ediblər.
Məlumatda qeyd edilir ki, Rusiya və İran prezidentləri ABŞ-ın müstəqil dövlət olan Suriyaya raket zərbəsi endirməsini beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər.
Eyni zamanda aprelin 4-də Suriyanın İdlib vilayətində kimyəvi silahla bağlı olayın qərəzsiz, hərtərəfli araşdırılmasını vacib sayıblar. V. Putin və H. Ruhani Suriya böhranının siyasi-diplomatik həlli istiqamətində sıx əlaqələri davam etdirməyin vacib olduğunu vurğulayıblar.