İspaniyanın keçmiş müdafiə naziri xanım Karme Çakon 46 yaşında vəfat edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, keçmiş müdafiə naziri ürək problemindən əziyyət çəkirdi.

Qeyd edək ki, Çakon İspaniyanın ilk qadın müdafiə naziri olub. O bu vəzifəni 2008-2011 illərdə tutub.