Türkiyə vətəndaşı Mehmet Yetgin beyin şişi olan 10 yaşlı oğlu Məhəmməd Baranın müalicəsi üçün lazım olan dərmanların alınması qarşılığında böyrəyini təklif edir.
Unikal.org xəbər verir ki, 4 il əvvəl həyat yoldaşını yol qəzasında itirən epilepsiya xəstəsi Mehmet Yetgin iki uşağıyla tək başına qalıb. İnşaat işlərində və digər müvəqqəti işlərdə çalışaraq dolanmağa çalışan 35 yaşlı Mehmet Yetginin oğlu Məhəmməd Baranın beynində 6 il əvvəl şiş təsbit edilib. İndi 10 yaşı olan Məhəmməd Baranın əməliyyat olunmağı üçün beynindəki şişin iynə müalicəsiylə kiçildilməsi lazımdır.
Bunun üçün "Sandostatin Lar" adlı iynədən 15 ədəd olmağı vacibdir. Güclə dolanan Yetgin isə oğlunun dərmanlarını alana bir böyrəyini verəcəyini söyləyir.
Mehmet Yetgin: "Bir il əvvəl müalicə üçün lazımlı olan 12 iynəni tikintidə çalışaraq və oğlumla eyni xəstəliyi yaşayan bəzi zəngin ailələrdən əldə edə bildim. Ancaq həkimlər oğlumun əməliyyata hazır olmağı üçün daha 15 iynə lazım olduğunu söylədi. Bir iynənin qiyməti təxminən 2 min lirə. SGK bunun təxminən min lirəsini qarşılayır. Əgər bir dializ xəstəsi, ya da böyrəyə ehtiyacı olan biri oğlumun dərmanlarını alarsa, bir böyrəyimi sevə-sevə verəcəyəm. Oğlumun yaşamağı üçün kömək edənə böyrəyim anasının ağ südü kimi halal olsun".milli.az