Somalinin paytaxtı Moqadişoda hərbı hazırlıq düşərgəsi yaxınlığında partlayış törədilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 5 əsgər həlak olub. Partlayış hərbi forma geymiş kamikadze tərəfindən törədilib.

Hadisə ilə bağlı məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.