Məşhur "Ernst & Young (EY) şirkəti korrupsiya bataqlığına batmış ölkələrin siyahısını hazırlayıb.

Unikal.org-un lent.ru-ya istinadən verdiyi məlumata görə, 41 ölkənin yer aldığı siyahıda Ukrayna liderlik edir.

Sorğuda iştirak edən ukraynalı biznesmenlərin böyük əksəriyyəti (88%) korrupsiya və rüşvətxorluq probleminin öz ölkələrində geniş olduğunu hesab etdiklərini bildiriblər.

Siyahıda ikinci yerdə Kipr (82%), üçüncü yerdə Yunanıstan (81%) qərarlaşıb.

Rusiya 66% səslə 16-cı yeri tutub.

Hesabatda həmçinin, Finlandiya, Norveç və Danimarkanın da adı qeyd olunub.