Türkiyədə Kadıköydə cinayət hadisəsi baş verib.
Unikal.org bildirir ki, Atatürk prospektində mağazaların birindən oğurluq etmək istəyən 4 şəxsə mane olmağa çalışan Osman Karabulut yolun ortasında onlar tərəfindən vəhşicəsinə döyülüb.
Təcili yardımla Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasına çatdırılan Osman beyin qanaması keirdiyindən həyatını itirib.
Hadisəni törədənlərdən 3-ü tutulub digər bir nəfər polis tərəfindən axtarılır.