Yanvar ayında Ankaranın Etimesgul mahalında sürücülük etdiyi bələdiyyə avtobusunda sərnişinə təcavüz edən şəxs hakim qarşısına çıxıb.
Unikal.org xəbər verir ki, İbrahim Tuncay adlı sürücü yanvar ayının 4-də saat 23:30-da qadın sərnişini zorlayıb.
Hadisədən sonra tutulan İbrahimin 48 il müddətinə həbsi tələb olunurdu.
O, hakim qarşısında özünü müdafiə zamanı təəccübləndirib. Belə ki, o, hakimlərə "Normal qadının gecə saat 11-də küçədə nə işi var? Bir qadın saat 11-də avtobusa niyə tək minsin?" deyib.
Onun bu sözləri Türkiyədə geniş müzakirələrə səbəb olub.milli.az