İŞİD terror qruplaşması ABŞ-ın ötən gün Əfqanıstanda istifadə etdiyi ən güclü qeyri-nüvə bombasından itki vermədiyini bəyan edib.

Unikl.org xarici mətbuata istinadən xəbər verir ki, qruplaşmanın bəyanatına əsasən, zərbə nəticəsində silahlılardan nə ölən, nə də yaralanan olmayıb.

Qeyd edək ki, ABŞ ötən gün döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib. Ən güclü bomba İŞİD-in Əfqanıstandakı mövqelərinə atılıb.