Bir müddətdir küsülü olan müğənni Nadir Qafarzadə və rəqqasə Fatimə Fətəliyeva ötən gün məclislərin birində üz-üzə gəliblər.
Unikal.org-un məlumatına görə, sənətçilər barışıb və birlikdə foto çəkdirərək sosisal şəbəkədə paylaşıblar.
N.Qafarzadə ilə əməkdar artist Elza Seyidcahan arasında da barışıq baş tutub.
Qeyd ecək ki, Fatimə iki ildir Nadiri ad gününə dəvət etdiyini, amma onun gəlmədiyini, ifaçıdan küsdüyünü söyləmişdi.
N.Qafarzadə ilə E.Seyidcahan arasındakı incikliyə səbəb isə onların bir-biri haqqında verdiyi açıqlama olmuşdu. Nadir Elzanın "Sütül bəstəkaram sözünü ələ salaraq, "Elza, ağ eləmə. Nə sütül? Sən nənəsən demişdi.axşam.az