"Xəzər maqazin" müğənnilərlə arasında sorğu apararaq, onların əsl peşəsinin nə olduğunu soruşub.
Unikal.org tanınmışların cavabını təqdim edir:
Nazpəri Dostəliyeva: "İncəsənət universitetini bitirmişəm".
Cin: "Əslində hərbiçiyəm".
Əbdül Xalid: "Konservatoriyadan sonra, İqtisad Universitetinə daxil olmuşam. Çörək pulu qazanmaq üçün kişiyə sərhəd yoxdur".
Eldar Qasımov: "Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunuyam. Alman dilini bilirəm. Universitetdə oxuyanda Alman dilində dərs verirdim".
Günay İbrahimli: "11 il fortepiano sinfini oxumuşam. Müğənnilik etməsəydim ya dizayner, ya da moda ilə bağlı başqa bir sahədə işləyərdim".
Azad Şabanov: "İncəsənət universitetini bitirmişəm".
Elnarə Xəlilova: "İxtisasca filoloqam".
Samira Allahverdi: "İncəsənət universitetinin kino və dram aktrisalığı fakültəsini bitirmişəm. Müğənni olmasaydım, idmançı olardım".
Aygün Kazımova: "Müğənni olmasaydım, indi corun solisti idim. İdmançıydım, hər şeyi sıfırladım, keçdim müğənniliyə".
Elçin Cəfərov: "Azərbaycan Dövlət və Mədəniyyət Universitetini bitirmişəm. 17 yaşımda Türkiyədə qalırdım, ofisiant işləyirdim".
Nadir Qafarzadə: "İncəsənət universitetinə daxil olmaq mənə qismət olmadı. Atamı erkən yaşda itirdim, çalışmaq məcburiyyətində qaldım".
Elza Seyidcahan: "İki övladım olandan sonra müəllimə kimi çalışmışam. 30 yaşıma kimi pul qazanmamışam. Mənə anam maddi dəstək olub".
Zamiq Hüseynov: "Çörək puluna görə gedib fəhləlik də edərəm. Təki ailəm ac qalmasın".