Xalq artisti Bilal Əliyev bir milyona toylara getməyindən danışıb.
Unikal.org xəbər verir ki, sənətkar ölkə.az-ın əməkdaşıyla söhbətində bir zamanlar verdiyi bu açıqlamanın səbəblərinə toxunub:
"Eşidirdim ki, filankəs on minə, başqa biri on iki minə toylara gedir. Həmin şəxslərin əksəriyyəti isə sənətdən xəbəri olmayan, yaxud ortabab oxuyanlar idi. Bu söhbət mənə xoş olmurdu. Ona görə dedim ki, əgər siz on iki minə gedirsinizsə, mənim toy qiymətim bir milyondur. Təbii ki, sənətkar xalqdan dolanır. Bizi yaşadan da xalqımızdır və sənətimizə qiymət qoya bilmərik. Çünki xalq olmasa, biz də yoxuq".
Qeyd edək ki, bir müddət öncə Bilal Əliyev müsahibələrində toy qiymətini açıqlayarkən, qonorarının bir milyon olduğunu söyləmişdi.