ARB TV-nin "Şou məkan verilişi qalmaqallı müğənni Şəbnəm Tovuzlunun evində qonaq olub.

Unikal.org xəbər verir ki, yeni doğulan körpəsinin üzünü tamaşaçılardan gizlədən müğənni, övladının atasına bənzədiyini qəbul etsə də, hələ uzun müddət oğlunun üzünü gizli saxlayacağını söyləyib:

"Atasına bənzəyib bənzəməməsini sən gördün. Bizi tanıyanlar bilir ki, bənzəyir. Bir dənə üst dodağı mənə oxşayır. Övladımın üzünü göstərmək istəmirik. Son zamanlar görürsünüz ki, heç qızımın da şəkini istəmirəm paylaşsınlar.

Şəbnəm çəkiliş zamanı, yeni doğulan oğlunun 40 günü tamam olandan sonra evinə dəvət etdiyi qonaqlardan da danışıb:

"Mənə yaxın olan sənət dostlarım, sırf xanımlar bu gün qonağımdır. Haradasa 20 nəfər varıq. Qonaqlarımızın yolunu gözləyirik. Ürəyimiz istəyən kimi də qeyd edə bilərdik. Ancaq ailə içərisində etməyi məsləhət bildik. Uşaq hələ körpədir. Hələ heç nə anlamır. Əgər bunu özümüz üçün ediriksə, onsuz da hər gün şənlikdəyik. Kiçik toyunda böyük məclis təşkil edəcəyik.