Aparıcı Elgiz Əkbərin "Elin gözü verilişində əməkdar artist Vəfa Zeynalovanın "Cavabım var rubrikasındakı çıxışı müzakirə olunub.
Unikal.org-un məlumatına görə, həmkarları aktrisanın ünvanlanan sualların heç birinə cavab verə bilməməsinə münasibət bildirib.
Əməkdar artist Əli Nur qadın həmkarını müdafiə edib. O bildirib ki, savadın onun canlandırdığı rola aidiyyatı yoxdur:
"Teatr, kino aktyor və aktrisaları seçilərkən onların intellekti heç vaxt nəzərə alınmır. Onların fiziki görünüşləri və talantları, emisiyaları nəzərə alınır. Aktrisa Natavan roluna çəkilirsə, onun xalqın səsi olan, görünüşü və gözəlliyi olmalıdır. Aktrisa səhnədə istedadlıdırsa, intellektinin dəxli yoxdur. İntellekt rejissora lazımdır. Vəfa Zeynalova intellektli aktrisadır. Bilik aktrisa üçün əzabdır. İnsan çox bildikcə, əziyyət çəkir.
Aparıcı E.Əkbər aktyorun fikirlərinə etiraz edib:
"Rejissorun üzərinə böyük məsuliyyət qoyursunuz.Rejissor gəlir aktrisanı başa salır, onunla işləyir. Amma rejissor görsə ki, akstrisanın intellekti yoxdur, əziyyət çəkər.
Əməkdar artist Mehriban Xanlarova isə biliyin aktrisalıq istedadına aidiyyətinin olmadığını söyləyib: