Müğənni Yaşar Yusub "Şou-məkan proqramına ailəsi ilə bağlı açıqlamalar edib.
Unikal.org xəbər verir ki, sənətçi şəxsi həyatı ilə gündəmə gəlməyi sevmədiyini söyləyib:
"Çox yerlərə çağırırlar, getmirəm. Gedib görünüb pis olmaqdansa, görünməyib pis olmaq daha yaxşıdır. Hansısa bir verilişə gedirsən, orada klounluq edirsən,özünü camaata güldürürsən, pis olursan. Ondansa oturursan evdə, çay içirsən, mahnı ilə məşğul olursan. Ən pis halda uşağınla məşğul olursan. Bu da olur gözəl hal.
Ailəmi göstərmirəm. Heç kim deyə bilməz ki, Yaşar ailəsini, uşağını nə vaxtsa göstərib. İnstaqramda övladımın cəmi iki dəfə şəklini paylaşmışam. İstəmirəm mənim ailəmi görsünlər.Ailə təkcə həyat yoldaşından və uşaqdan ibarət deyil:ana, ata, bacı-qardaş var. Mən onların da şəklini paylaşmıram. Heç ailəm də istəmir ki, mənim yanımda görüntülənsinlər.