Xəbər verdiyimiz kimi, mayın 28-də "Maşın realiti-şousunun növbəti buraxılışı yayımlanacaq.
Unikal.org xəbər verir ki, yarışmaya dəvət olunan bir çox tanınmışın adı artıq açıqlanıb. Onların bir çoxları şouya qatılmaqdan imtina ediblər.
Axşam.az-ın əldə etdiyi məlumata görə, şouya dəvət alanlar arasında müğənni Rəqsanə İsmayılova da yer alıb. Amma Rəqsanə təklifdən imtina edib.
Sənətçi əməkdaşımızla söhbətində bildirib ki, hazırda başı yeni işlərinə qarışıb:
"Murad Dadaşovu (aparıcı - red.)çox istəyirəm. Amma mənim məclislərim var. İki dəfə bu şouda olmuşam. Həm də köhnə heyətdən kimlərsə olsaydı, razılaşardım. Amma heç kim olmadığı üçün imtina etdim.
Rəqsanə efirlərə qadağa qoyulması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:
"Dəfələrlə verilişlərdən təkliflər alıram. Amma bakıda olmadığım üçün qatıla bilmirəm. Heç bir qadağam yoxdur