Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Bayramovanın mayın 23-də toyudur.
Unikal.org-un məlumatına görə, muğam ifaçısı aznews.az-a açıqlamasında təəssüratlarını bölüşüb.
Onun sözlərinə görə, ailə qurduğu şəxsi sevib və ona həyat yoldaşı olmağa razılıq verib:
"Çox xoşbəxtəm ki, belə bir qərar verdim. Hərənin bir qisməti var. Mənim taleyim bu ilə yazılıbmış. Ailə qurmaq heç vaxt gec deyil. Belə bir məsəl var, gec olsun- güc olsun. Əsas odur ki, bir-birimizi sevdik, tanıdıq. Ürəyimcə olan bir sevgidir. Sevdiyim şəxs iş adamıdır, kimliyini açıqlamıram. Heç vaxt inanmazdım ki, nə vaxtsa belə sevə bilərəm.
Aygün Bayramova toyun harada keçiriləcəyini açıqlamaq istəməyib.